Yuxarı

​Con Kerri: "Bəşşar Əsədin Suriyanı dinc yolla idarə edəcəyini ehtimal etmək illüziyadır"

ABŞ və Almaniya xarici siyasət idarələrinin rəhbərləri Suriyadakı vəziyyəti və miqrasiya böhranını müzakirə ediblər

Bakı. 21 sentyabr. REPORT.AZ/ "Təxminən 5 ildir davam edən vətəndaş müharibəsi nəticəsində 52 min nəfərin öldürülməsinin, 12 milyon insanın qaçqın düşməsinin yalnız mənəvi deyil, siyasi məsuliyyətini də hiss edirik. Qan tökülməsinə son qoyulmalıdır".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri almaniyalı həmkarı Valter Ştaynmayerlə Berlində keçirdiyi görüşdə bildirib.

Məlumata görə, ABŞ və Almaniya xarici siyasət idarələrinin rəhbərləri Suriyadakı vəziyyəti və miqrasiya böhranını müzakirə ediblər.

V.Ştaynmayer bildirib ki, beynəlxalq ictimaiyyət Suriyadakı münaqişənin həllinə bütün tərəfləri, o cümlədən, Rusiyanı da cəlb etməklə yeni mərhələyə başlamalıdır: "Əgər bütün tərəflər eyni mövqedə olarsa, onda beynəlxalq ictimaiyyət Türkiyə, Səudiyyə Ərəbistanı, İran və Rusiyanın iştirakı ilə müharibə sona çatar".

Onun sözlərinə görə, hərbi təzyiq münaqişənin həlli üçün mümkün təsir vasitələrindən biridir.

Con Kerri Bəşşar Əsədi Suriyada hakimiyyətdə təsəvvür eləmir: "Əsədin birləşdirici olub, Suriyanı dinc yola idarə edəcəyini ehtimal etmək illüziyadır".

Tərəflər İranla "altılıq" arasında İranın nüvə məsələsi üzrə razılaşmaya da toxunublar.

V.Ştaynmayer deyib ki, razılaşmanın gerçəkləşməsi ilə bağlı sayıqlıqlarını qoruyacaqlar: "Heç kim deyə bilməz ki, bu istiqamətdə işlər başa çatıb. Bu işlər yenicə görülməyə başlanılıb. Biz indi bütün tərəflərin, ilk növbədə İranın öhdəliyini yerinə yetirməsinin yoxlanma mərhələsindəyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi