​Con Kerri ABŞ hərbi qulluqçusunun cinayəti ilə əlaqədar Yaponiyanın xarici işlər nazirindən üzr istəyib

​Con Kerri ABŞ hərbi qulluqçusunun cinayəti ilə əlaqədar Yaponiyanın xarici işlər nazirindən üzr istəyib ABŞ-ın daha bir rəsmisi Yaponiyadan üzrxahlıq diləyib
Digər ölkələr
26 May , 2016 05:36
​Con Kerri ABŞ hərbi qulluqçusunun cinayəti ilə əlaqədar Yaponiyanın xarici işlər nazirindən üzr istəyib

Bakı. 26 may. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri Okinava adasında Amerika hərbi bazasının qulluqçusunun qətlə yetirdiyi Yaponiya vətəndaşının ölümüylə əlaqədar qarşı tərəfdən üzr istəyib.

"Report" xəbər verir ki, ABŞ rəsmisi Yaponiyanın xarici işlər naziri Fumio Kisido ilə telefon danışığında baş vermiş hadisəyə görə üzrxahlığını ifadə edib. "Mən ən dərin hüznlə ailəyə və həlak olmuş şəxsin dostlarına baş sağlığı verirəm, - deyə Con Kerri Yaponiya vətəndaşının öldürülməsinə narazılığını bildirən xarici işlər naziri Fumio Kisidodan üzrxahlıq diləyib.

Yaponiya Xarici İşlər Nazirliyinin açıqlamasında bilddirilir ki, Fumio Kisido Con Kerri ilə telefon danışığında ABŞ-ın hərbi strukturlarında intizamın gücləndirilməsini və gələcəkdə belə hadisələrin təkrar baş verməsinin qarşısının alınması üçün tədbirlərin görülməsini tələb edib.

Qeyd edək ki, Yaponiya polisi mayın 19-da Kadendəki ABŞ hərbi bazasının qulluqçusunu apreldə itkin düşmüş 20 yaşlı qızı öldürülməsində şübhəli bilərək həbs edib. Qətl olayı Yaponiyada böyük əks-səda doğurub.

Artıq ABŞ-ın müdafiə naziri Eşton Karter və Amerikanın Sakit Okeandakı hərbi birləşmələrinin komandanlığı bu xoşagəlməz olaya görə üzrxahlıq ediblər. Habelə "Böyük yeddilər"in sammitində iştirak etmək üşün Yaponiyaya gəlmiş ABŞ prezidenti Barak Obama da baş vermiş hadisəyə görə təəssüfünü ifadə edib. 

Son xəbərlər

Orphus sistemi