Con Bolton: "Çin texnologiya oğurluğu ilə məşğuldur"

Con Bolton: "Çin texnologiya oğurluğu ilə məşğuldur" ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton Çini öz beşinci nəsil qırıcı təyyarəsini hazırlamaq üçün ABŞ-ın “F-35” beşinci nəsil qırıcı təyyarəsinin texnologiyasını oğurlamaqda ittiham edib.
Digər ölkələr
28 Avqust , 2019 20:07
Con Bolton: Çin texnologiya oğurluğu ilə məşğuldur

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton Çini öz beşinci nəsil qırıcı təyyarəsini hazırlamaq üçün ABŞ-ın “F-35” beşinci nəsil qırıcı təyyarəsinin texnologiyasını oğurlamaqda ittiham edib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Ev rəsmisi  məlumat verib.

“Hərbi texnologiyaların Çinə getməsindən narahatıq. Məsələn, Çinin beşinci nəsil qırıcı təyyarəsi “F-35”ə çox bənzəyir. Çünki elə “F-35”dir. Əslinə qalsa, onu bizdən oğurlayıblar”, - deyə o qeyd edib.

Daha əvvəl C.Bolton Rusiyanı da hipersəs silahlarını hazırlayarkən oğurladığı ABŞ texnologiyalarından yararlanmaqda ittiham etmişdi.

Orphus sistemi