Co Bayden xalqa müraciət edəcək
Digər ölkələr
- 07 noyabr, 2020
- 23:13
ABŞ-ın Demokratlar partiyasından prezidentliyə namizəd, seçkilərdə qalib gəldiyini elan etmiş Co Bayden yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 05:00-da) ABŞ vətəndaşlarına müraciət edəcək.
“Report”un məlumatına görə, bu barədə mənbələrə istinadən CNN telekanalı xəbər verib.
Mənbələr bildirib ki, siyasətçi Uilminqtonda (Delaver ştatı) xalqa müraciət edəcək. Daha əvvəl ABŞ-ın aparıcı mətbu orqanları - “ABC News”, “FOX News”, CNN, AP və NBC prezident seçkilərində demokratların namizədi Co Baydenin qələbəsini elan edinlər.
Noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Seçkilərdə demokrat Co Baydenlə hazırkı prezident Donald Tramp dövlət başçısı postuna əsas iddialı olublar. Seçkilərin rəsmi nəticələri hələ açıqlanmayıb.
Son xəbərlər
00:09
Qətərli nazir ABŞ-nin Hörmüz boğazının gələcəyi ilə bağlı açıqlamasını yanlış adlandırıb
Digər ölkələr23:43
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
Digər ölkələr23:29
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
Digər ölkələr23:07
Zelenski və Tramp Nyu-Yorkda görüşəcəklər
Digər ölkələr22:50
Amazoniyada demensiyaya dözümlü insanlar aşkar edilib
Maraqlı22:34
Hakim partiya Rusiya Dövlət Dumasına seçkilərdə 57%-dən çox səs toplayır
Region22:15
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
Hadisə22:03
"Naftogaz" və MOL Group Ukrayna üçün Macarıstanda yanacaq saxlama terminalı tikəcək
Digər ölkələr21:33
Foto