Co Bayden Vladimir Putinə qarşı münasibətindən danışıb

Co Bayden Vladimir Putinə qarşı münasibətindən danışıb ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini ləyaqətli rəqib, ağıllı və sərt siyasətçi hesab edir.
Digər ölkələr
15 İyun , 2021 00:48
Co Bayden Vladimir Putinə qarşı münasibətindən danışıb
Co Bayden

ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini ləyaqətli rəqib, ağıllı və sərt siyasətçi hesab edir.

“Report” TASS-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə NATO sammitinin başa çatmasından sonra Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

"Mən artıq onunla görüşmüşəm. O ağıllı, sərt və deyərdim ki, ləyaqətli rəqibdir", - Bayden deyib.

ABŞ prezidenti Putini qatil hesab etməkdə davam etməsi barədə suala birbaşa cavabdan yayınıb.

Bayden Cenevrədə keçiriləcək görüşdə Putinə ABŞ-Rusiya arasında mümkün əməkdaşlıq sahələrini izah etmək niyyətindədir.

"Mən prezident Putinə hansı sahələrdə əməkdaşlıq edə biləcəyimizi izah etməyə hazırlaşıram", - Ağ Ev rəhbəri əlavə edib. O, qeyd edib ki, Cenevrədəki sammit "kritik əhəmiyyətli görüş" olacaq.

Son xəbərlər

Orphus sistemi