Co Bayden Vladimir Putinə qarşı münasibətindən danışıb

Digər ölkələr
  • 14 iyun, 2021
  • 20:48
Co Bayden Vladimir Putinə qarşı münasibətindən danışıb
Co Bayden

ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini ləyaqətli rəqib, ağıllı və sərt siyasətçi hesab edir.

“Report” TASS-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə NATO sammitinin başa çatmasından sonra Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

"Mən artıq onunla görüşmüşəm. O ağıllı, sərt və deyərdim ki, ləyaqətli rəqibdir", - Bayden deyib.

ABŞ prezidenti Putini qatil hesab etməkdə davam etməsi barədə suala birbaşa cavabdan yayınıb.

Bayden Cenevrədə keçiriləcək görüşdə Putinə ABŞ-Rusiya arasında mümkün əməkdaşlıq sahələrini izah etmək niyyətindədir.

"Mən prezident Putinə hansı sahələrdə əməkdaşlıq edə biləcəyimizi izah etməyə hazırlaşıram", - Ağ Ev rəhbəri əlavə edib. O, qeyd edib ki, Cenevrədəki sammit "kritik əhəmiyyətli görüş" olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti