CNN: Səudiyyə Ərəbistanı Yəməndə ABŞ silahlarını qruplaşmalara verib

CNN: Səudiyyə Ərəbistanı Yəməndə ABŞ silahlarını qruplaşmalara verib Bakı. 5 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanı və onun koalisiya üzrə tərəfdaşları ABŞ-la razılaşmanın şərtlərini pozaraq silahları Yəməndə müharibə aparan Əl-Qaidə terror qruplaşmasının silahlılarına, radikalların hərbiləşmiş birləşmələrinə və digər qruplaşmalara verib.
Digər ölkələr
4857
5 Fevral , 2019 12:20
CNN: Səudiyyə Ərəbistanı Yəməndə ABŞ silahlarını qruplaşmalara verib
Getty Images
0 : 00
0 : 00

Bakı. 5 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanı və onun koalisiya üzrə tərəfdaşları ABŞ-la razılaşmanın şərtlərini pozaraq  silahları Yəməndə müharibə aparan "Əl-Qaidə" terror qruplaşmasının silahlılarına, radikalların hərbiləşmiş birləşmələrinə və digər qruplaşmalara verib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı xəbər verir.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanı və onun müharibədəki əsas tərəfdaşı olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ istehsalı olan silahları üsyançıların və qruplaşmaların sadəqətini qazanmaq, müəyyən silah təchizatçılarının dəstəklənməsi və çətin siyasi landşafta təsir etmək üçün istifadə ediblər.

Bildirilir ki, bu hərbi texnikaları üçüncü tərəfə verməklə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ABŞ silahlarının satışına dair şərti pozub.

CNN-in bu məlumatından sonra ABŞ Müdafiə Nazirliyi rəsmisi qurumun məsələ ilə bağlı artıq araşdırmaya başladığını təsdiqləyib.

Materialda vurğulanır ki, ABŞ istehsalı olan silahlar Səudiyyə koalisiyası tərəfindən bir sıra ölümcül hücumlarda istifadə olunub və nəticədə çoxu uşaq olmaqla onlarla dinc sakin ölüb.

Son xəbərlər

Orphus sistemi