CNN-nin prodüseri nalayiq hərəkətlərinə görə işdən qovulub

CNN-nin prodüseri nalayiq hərəkətlərinə görə işdən qovulub Bir neçə qadın Teddi Devisdən telekanala şikayət edib
Digər ölkələr
30 Noyabr , 2017 05:58
CNN-nin prodüseri nalayiq hərəkətlərinə görə işdən qovulub

Bakı. 30 noyabr. REPORT.AZ/ CNN telekanalının bazar günü səhər yayımlanan Xəbərlər şousunun prodüseri Teddi Devis seksual xarakterli olduğu ehtimal edilən nalayiq hərəkətlərinə görə edilən şikayətlər səbəbindən işdən çıxarılıb.

“Report” xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Bəzi kütləvi informasiya vasitələrinin məlumatına görə, telekanal rəhbərliyi bir neçə qadının onun nalayiq hərəkətlər etməsi ilə bağlı şikayətindən sonra ətraflı araşdırma aparmağa başlayıb.

"Devisin ittiham olunduğu davranışlar CNN standartları və dəyərlərinə ziddir. Devis artıq şirkətin sıralarında deyil", — deyə kanalın məlumatında qeyd olunur.

"Associated Press"in xəbərinə görə, CNN əməkdaşı seksual xarakterli nalayiq hərəkətlərdə ittiham olunur.

Noyabrın 29-da analoji şikayətlərdən sonra NBC telekanalı "Today" verilişinin aparıcısı Mett Laueri işdən azad edib.

Son xəbərlər

Orphus sistemi