ABŞ Administrasiyası İsrail Müdafiə Ordusunun Qəzza zolağında intensiv quru əməliyyatlarını 2024-cü ilin yanvarında başa çatdıracağını gözləyir.
“Report” xəbər verir ki, bu barədə CNN ABŞ Prezidenti Cozef Bayden administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, İsrail Müdafiə Ordusu Qəzzada zolağın cənub hissələrini hədəf alan quru əməliyyatının hazırkı mərhələsinin bir neçə həftə davam edəcəyini və yanvar ayına qədər İsrail ordusunun daha az intensiv, hiper lokallaşdırılmış strategiyaya keçəcəyi gözlənilir.
Məlumata görə, İsrail hərbçiləri hazırda konkret olaraq HƏMAS yaraqlılarını və liderlərini hədəfə alır.
Qeyd edək ki, İsrail rəsmiləri HƏMAS-ı 2023-cü il oktyabrın 7-də həyata keçirdiyi hücumu bir də təkrarlaya bilməyəcək hala salmaq istəyir.