“Taliban” Həmid Kərzayın həbsi barədə məlumatları təkzib edib

“Taliban” Həmid Kərzayın həbsi barədə məlumatları təkzib edib Əfqanıstanın sabiq prezident Həmid Kərzay və Milli Barışıq üzrə Ali Şuranın rəhbəri Abdulla Abdulla Kabildə ev dustaqlığındadır.
Digər ölkələr
26 Avqust , 2021 17:13
“Taliban” Həmid Kərzayın həbsi barədə məlumatları təkzib edib
0 : 00
0 : 00

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması ölkənin sabiq dövlət başçısı Həmid Kərzay və Milli Barışıq üzrə Ali Şuranın rəhbəri Abdulla Abdullanın həbsi və ev dustaqlığı barədə yayılmış məlumatları təkzib edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, qruplaşma onların həbs edilmədiyini vurğulayıb.

“Onların təhlükəsizliyi bizim məsuliyyətimizdədir”, - bildirilib.

16.05

Əfqanıstanın sabiq prezident Həmid Kərzay və Milli Barışıq üzrə Ali Şuranın rəhbəri Abdulla Abdulla Kabildə ev dustaqlığındadır.

“Report” xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, sabiq prezident H.Kərzayın mühafizəçilərinin silahları alınıb, həmçinin, avtomobili müsadirə edilib. Bundan başqa, A.Abdullanın evində axtarış aparılıb, mühafizəçiləri və avtomobili əlindən alınıb.

Xatırladaq ki, daha əvvəl Əfqanıstan mətbuatı Həmid Kərzay, Abdulla Abdulla və Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətyarın “Taliban” hərəkatının formalaşdırmağa çalışdığı Əfqanıstanın İdarəetmə Şurasının tərkibində yer alacaqlarını qeyd etmişdi.

Son xəbərlər

Orphus sistemi