Bakı. 16 sentyabr. REPORT.AZ/ Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur Muxtar Bölgəsində 5,7 bal gücündə zəlzələ olub.
“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Çinin Seysmoloji Mərkəzi yayıb.
Təbii fəlakət Uyğur Muxtar Bölgəsinin Aksu dairəsinin Küçə məntəqəsində gündüz saatlarında baş verib.
Zəlzələnin ocağı 6 km. dərinlikdə yerləşib.
Xəsarət alan, ölən və dağıntılar barədə məlumat yayılmayıb.
Qeyd edək ki, Sintszyan-Uyğur Muxtar Bölgəsinin yerli sakinləri əsasən uyğur türkləridir.