Bakı. 25 iyun. REPORT.AZ/ Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 5,4 bal gücündə zəlzələ olub.
"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri bölgənin Turfan dairəsinin Toksun qəsəbəsində yerləşib. Yeraltı təkanların ocağı isə 9 km dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.