Çinin Sincan-Uyğur Muxtar Bölgəsində zəlzələ baş verib

Çinin Sincan-Uyğur Muxtar Bölgəsində zəlzələ baş verib Bakı. 4 sentyabr. REPORT.AZ/ Çinin Sincan-Uyğur Muxtar Bölgəsi Kaşğar vilayətinin Feyzivat rayonunda 5,5 bal gücündə zəlzələ baş verib.
Digər ölkələr
4 Sentyabr , 2018 10:06
Çinin Sincan-Uyğur Muxtar Bölgəsində zəlzələ baş verib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Çinin Sincan-Uyğur Muxtar Bölgəsi Kaşğar vilayətinin Feyzivat rayonunda 5,5 bal gücündə zəlzələ baş verib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu məlumatı Çinin Seysmoloji Mərkəzi yayıb.

Bildirilib ki, yeraltı təknalar 8 km dərinlikdə olub. Təbii fəlakət nəticəsində ölənlərin, yaralananların və dağıntının olub-olmaması barədə açıqlama verilməyib.

Qeyd edək ki, Çinin bu muxtar rayonunda uyğur türkləri yaşayır. Çin hakimiyyəti bir milyondan çox uyğur türkünü siyasi təlimlər adı altında yaradılan düşərgələrdə saxlayır. Onların həmin ərazidən kənara çıxması qadağandır. BMT bir milyondan çox uyğur türkünü məhbus sayaraq, onların qısa müddətə azad edilməsini Çin hakimiyyətindən tələb edib. 

Son xəbərlər

Orphus sistemi