Çinin şimalında güclü zəlzələ baş verib

Çinin şimalında güclü zəlzələ baş verib Zəlzələ nəticəsində baş verən dağıntı, itki və xəsarət alanlar barədə məlumat yayılmayıb
Digər ölkələr
2 Yanvar , 2016 11:01
Çinin şimalında güclü zəlzələ baş verib

Bakı. 2 yanvar. REPORT.AZ/ Çinin şimalında yerləşən Heilongjiang əyalətində 6,4 bal gücündə zəlzələ baş verib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Çin zəlzələ şəbəkələri mərkəzi hadisənin Mudanjiang şəhərinin Linkou qəsəbəsində və 5,8 kilometr dərinlikdə baş verdiyini bildirib. Zəlzələ nəticəsində baş verən dağıntı, itki və xəsarət alanlar barədə məlumat yayılmayıb. 

437 min əhalilisi olan Linkou qəsəbəsi Heilongjiang əyalətinin şərqində yerləşir.

Son xəbərlər

Orphus sistemi