Çinin sanksiyaları Vaşinqtonu dayandırmayacaq

Çinin sanksiyaları Vaşinqtonu dayandırmayacaq Çinin ABŞ-ın yeddi rəsmisinə qarşı tətbiq etdiyi sanksiyalar Vaşinqtonu dayandırmayacaq, öz növbəsində Pekinə qarşı sanksiya siyasətini gücləndirəcək
Digər ölkələr
24 İyul , 2021 05:27
Çinin sanksiyaları Vaşinqtonu dayandırmayacaq
Cen Psaki

Çinin ABŞ-ın yeddi rəsmisinə qarşı tətbiq etdiyi sanksiyalar Vaşinqtonu dayandırmayacaq, öz növbəsində Pekinə qarşı sanksiya siyasətini gücləndirəcək.

“Report” xəbər verir ki, Ağ Evin mətbuat katibi Cen Psaki bununla bağlı brifinqdə bildirib.

Onun sözlərinə görə, tətbiq edilən sanksiyalar rəsmi Pekinin fərdləri, şirkətləri və vətəndaş cəmiyyəti təşkilatlarını necə cəzalandırdığına nümunədir.

C. Psaki bildirib ki, Çində investisiya mühiti getdikcə pisləşir və siyasi risklər artır.

Son xəbərlər

Orphus sistemi