Çinin Braziliyadakı konsulluğuna bomba atılıb

Çinin Braziliyadakı konsulluğuna bomba atılıb Çinin Rio-de-Janeyrodakı Baş Konsulluğuna naməlum şəxs partlayıcı qurğu atıb.
Digər ölkələr
18 Sentyabr , 2021 00:23
Çinin Braziliyadakı konsulluğuna bomba atılıb

Naməlum şəxs Çinin Braziliyanın Rio-de-Janeyro şəhərindəki Baş Konsulluğuna partlayıcı qurğu atıb.

Bu barədə "Report" "O Antagonista" nəşrinə istinadən xəbər verir.

Hadisə Çin diplomatik missiyasının müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda da göründüyü kimi, qara paltarlı şəxs çantasından bir əşya götürərək binaya tərəf atır və qaçır.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları təhqiqat aparır. Partladılmış cihazın parçaları müayinə üçün götürülüb.

Xəsarət alanların olmadığı bildirilir, yalnız konsulluğun qapıları zədələnib.

Hücum edən şəxsin kimliyi hələ müəyyən edilməyib.

Son xəbərlər

Orphus sistemi