Çinin mərkəzində daşqınlar nəticəsində 11 nəfər ölüb

Çinin mərkəzində daşqınlar nəticəsində 11 nəfər ölüb Çinin mərkəzi Hunan vilayətində daşqınlar nəticəsində azı 11 nəfər ölüb, 6 nəfər isə itkin düşüb.
Digər ölkələr
11 İyul , 2019 10:11
Çinin mərkəzində daşqınlar nəticəsində 11 nəfər ölüb

Çinin mərkəzi Hunan vilayətində daşqınlar nəticəsində azı 11 nəfər ölüb, 6 nəfər isə itkin düşüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sina" informasiya portalı məlumat verib.

Yerli KİV-in yazdığına görə, daşqınlar vilayətin 10 şəhəri və 76 mahalına təsir edib.

Zərər vurulan əkinə yararlı torpaqların sahəsi 187,4 min hektara çatıb. Birbaşa iqtisadi zərərin məbləği 5,31 milyard yuan (təxminən, 780 milyon dollar) səviyyəsində qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi