Çinin ən böyük neft-qaz şirkətinin top-meneceri intihar edib

Çinin ən böyük neft-qaz şirkətinin top-meneceri intihar edib Bakı. 1 noyabr. REPORT.AZ/ CNPC Bohai Drilling Engineering Company Limited şirkətinin baş direktoru Çjou Tszuntsyan intihar edib.
Digər ölkələr
1 Noyabr , 2018 10:39
Çinin ən böyük neft-qaz şirkətinin top-meneceri intihar edib
0 : 00
0 : 00

Bakı. 1 noyabr. REPORT.AZ/ "CNPC Bohai Drilling Engineering Company Limited" şirkətinin baş direktoru Çjou Tszuntsyan intihar edib.

"Report" TASS-a istinadən xəbər verir ki, korporativ nekroloqda top menecerin işdəki yükləmə və ailə problemlərinə görə intihar etdiyi bildirilib.

Menecer həmçinin şirkətin partiya komitəsinin katibinin müavini olub.

Qeyd edək ki, CNPC, yəni Çin Milli Neft Korporasiyası ölkəsinin ən böyük neft-qaz şirkətidir və dövlət şirkətidir. Dünyanın ən böyük şirkətlərinin "Fortune Global 500" reytinqində CNPC 2017-ci ildə dördüncü sırada yer alıb.

Son xəbərlər

Orphus sistemi