Çində yanğında ölənlərin sayı 19 nəfərə çatıb - YENİLƏNİB

Digər ölkələr
  • 16 noyabr, 2023
  • 06:05
Çində yanğında ölənlərin sayı 19 nəfərə çatıb - YENİLƏNİB

Çinin şimalındakı Şansi əyalətinin Lyulyan şəhərində kömür zavodunun binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Daha əvvəl 11 nəfərin öldüyü və 51 nəfərin yaralandığı barədə məlumat verilmişdi. Yanğın yerli vaxtla saat 06:50-də baş verib. Xilasetmə işləri davam edir. Yanğının başvermə səbəbləri araşdırılır.

08:43

Çinin şimalındakı Şansi əyalətinin Lyulyan şəhərində kömür zavodunun binasında baş verən yanğın nəticəsində azı 11 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi şəhərin fövqəladə hallar idarəsinə istinadən məlumat yayıb.

Çin Mərkəzi Televiziyası isə bildirib ki, xilasedicilər 63 nəfəri təxliyə edib, onlardan 51 nəfəri xəstəxanaya çatdırılıb.

Xilasetmə işləri davam edir. Yanğının başvermə səbəbləri araşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti