Çində Zika virusuna yoluxma halı aşkar edilib

Çində Zika virusuna yoluxma halı aşkar edilib Xəstəliyə Ekvadordan gələn 28 yaşlı gənc yoluxub
Digər ölkələr
12 May , 2017 06:33
Çində Zika virusuna yoluxma halı aşkar edilib

Bakı. 12 may. REPORT.AZ/ Çin hökuməti Szyansu əyalətində Zika virusuna yoluxma halı aşkar edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə və Planlı Doğum İşləri üzrə Dövlət Komitəsinə istinadən "Sinxua" agentliyi məlumat yayıb.

Xəstəliyə aprelin 28-də Ekvadordan qayıdan 28 yaşlı Nantun şəhər sakini yoluxub. Qızın sözlərinə görə, yolda onun temperaturu yüksəlib, bədənində səpgilər, oynaqlarında ağrılar və digər əlamətlər əmələ gəlib. Xəstənin sözlərinə görə, Ekvadorda onu ağcaqanadlar sancıb.

Mayın 4-də Zika virusunun yoxlanması məqsədi ilə götürülən analizlər müsbət nəticə verib, mayın 8-də isə həkimlər diaqnozu təsdiqləyiblər.

Zika virusu dünyanın 60 ölkəsində qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi