Çində zəncirvarı yol qəzası olub, 18 nəfər ölüb, 21 nəfər yaralanıb

Çində zəncirvarı yol qəzası olub, 18 nəfər ölüb, 21 nəfər yaralanıb Hadisə nəticəsində toqquşan avtomobillərin sayı haqda məlumat yayılmayıb
Digər ölkələr
15 Noyabr , 2017 15:17
Çində zəncirvarı yol qəzası olub, 18 nəfər ölüb, 21 nəfər yaralanıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Çinin şərqində yerləşən Anhui əyalətində zəncirvari yol qəzası baş verib. 

“Report” TRT-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 18 nəfər ölüb, 21 nəfər yaralanıb.

Yaralılardan 11-nin vəziyyəti ağırdır. Qəzaya duman səbəbindən görüntünün pis olması səbəb kimi göstərilib.

Hadisə yerinə xilasedicilər və təcili tibbi xidmətin həkim heyəti cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi