Çinin Sıçuan vilayətinin Veyuan qəzasında baş vermiş zəlzələ zamanı 1 nəfər ölüb, xəsarət alanların sayı 53 nəfərə çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin
Məlumatda bildirilir ki, 14 yaralıya zəruri tibbi yardımlar göstərilib və onlar səhiyyə müəssisələrini tərk ediblər. Onlardan birinin vəziyyəti ağırdır. Digər xəsarət alanların həyatı üçün təhlükə yoxdur.
Təbii hadisənin fəsadlarının aradan qaldırılmasına 4,8 min nəfər cəlb edilib. Xilasedicilər təhlükəli ərazilərdən 823 nəfəri təxliyə ediblər.
Zəlzələ 86 evi dağıdıb, ümumilikdə isə 194 evə, 2,1 min binaya ciddi və yüngül zərər dəyib.
***04:40
Bazar günü Çinin Sıçuan əyalətində 5,4 maqnituda gücündə zəlzələ olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, zəlzələ Bakı vaxtı ilə 03:42-də Neytszyan şəhər dairəsinin Veyüan qəzasında baş verib. Təbii fəlakətin episentri 10 km dərinlikdə yerləşib.
Mərkəz bir binanın dağıldığını və bir nəfərin xəsarət aldığını məlumat verib.
