Çində zavodda partlayış olub, ölənlər və yaralananlar var

Çində zavodda partlayış olub, ölənlər və yaralananlar var Bakı. 8 noyabr. REPORT.AZ/ Çində kimyəvi gübrə zavodunda partlayış baş verib.
Digər ölkələr
8 Noyabr , 2018 07:52
Çində zavodda partlayış olub, ölənlər və yaralananlar var

Bakı. 8 noyabr. REPORT.AZ/ Çində kimyəvi gübrə zavodunda partlayış baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sinhua" agentliyi məlumat yayıb.

Bildirilir ki, hadisə Hebey vilayətində qeydə alınıb. Sinle şəhərindəki müəssisədə peçin partlaması nəticəsində 6 nəfər ölüb, daha 7 nəfər yaralanıb. Yaralılara tibbi yardım göstərilib və onlar xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlardan 2-nin vəziyyəti ağırdır.

Hadisənin səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi