Çində yaşayış evində yağın zamanı 8 nəfər ölüb

Çində yaşayış evində yağın zamanı 8 nəfər ölüb Hadisə şənbə gününə keçən gecə baş verib
Digər ölkələr
10 Dekabr , 2017 11:58
Çində yaşayış evində yağın zamanı 8 nəfər ölüb

Bakı. 10 dekabr. REPORT.AZ/ Çinin cənubunda yerləşən Qunpin şəhərində (Xayfen qəzası) yaşayış evində baş verən güclü yanğın nəticəsində azı 8 nəfər həyatını itirib.

"Report" "Sinxua"ya istinadən xəbər verir ki, hadisə şənbə gününə keçən gecə yerli vaxtla 3:30-da baş verib.

Əraziyə gələn yanğınsöndürənlər yanğını yalnız iki saatdan sonra söndürə biliblər. Bir nəfər evdə ölüb, daha biri xəstəxanaya aparılarkən yolda keçinib. Digər 6 nəfəri isə həkimlər xilas edə bilməyiblər.

Son xəbərlər

Orphus sistemi