Yuxarı
    Bağlamaq

    Çində yanğın olub: 6 ölü, 5 yaralı

    Bakı. 1 dekabr. REPORT.AZ/ Çinin Tyançzin liman şəhərində baş vermiş yanğın nəticəsində 6 nəfər ölüb, daha 5 nəfər xəsarət alıb.

    "Report" xəbər verir ki, bu barədə yerli dövlət orqanları məlumat yayıb.

    Qeyd edilir ki, hadisə yerli vaxtla saat 04:00-da, Pekinin yaxınlığındakı Tyançzin şəhərinin Hesi rayonunda, 38 mərtəbəli binada baş verib. Hadisədə zərə çəkmiş 11 nəfər xəstəxanaya yerləşdirilib. Hesi rayonunun dövlət orqanlarının məlumatına görə, həkimlərin səyinə baxmayaraq, onlardan 6-ı ölüb.

    Yanğınsöndürənlər alovu söndürməyə nail olublar. Hazırda yanğının fəsadları aradan qaldırılır.

    Yanğının səbəbləri araşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi