Çində dağ marafonunda ölənlərin sayı 21-ə çatıb, 8 nəfər xəsarət alıb - YENİLƏNİB

Çində dağ marafonunda ölənlərin sayı 21-ə çatıb, 8 nəfər xəsarət alıb - YENİLƏNİB Çinin şimalındakı Qansu əyalətində keçirilən ultramarafon zamanı on altı nəfər həlak olub, daha beş nəfər itkin düşüb
Digər ölkələr
23 May , 2021 07:55
Çində  dağ marafonunda ölənlərin sayı 21-ə çatıb, 8 nəfər xəsarət alıb - YENİLƏNİB

Çinin şimalındakı Qansu əyalətində keçirilən dağ marafonu zamanı həlak olanların sayı 21 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Global Times" qəzeti məlumat yayıb.

Qeyd edilir ki, xilasedicilər daha bir neçə yarış iştirakçısının meyitini aşkarlayıblar. Məlumata görə, daha 8 nəfər yüngül xəsaərət alıb.

Yerli hakimiyyət orqanları insidentin səbəbini araşdırmaq üçün xüsusi qrup yaradıblar.

Bayin şəhəri yaxınlığında yarış şənbə günü səhər başlayıb. Yarış zamanı bölgədə əlverişsiz hava şəraiti mövcud olub. Çinin “People's Daily” nəşrinin məlumatına görə, söhbət güclü yağışlardan gedir. Yağışlar nəticəsində 15 idmançı həlak olub, daha 6 nəfər itkin düşüb. Digər 151 nəfər təxliyə edilib.

Yarış dayandırılıb.

03:08

Çinin şimalındakı Qansu əyalətində keçirilən ultramarafon zamanı on altı nəfər həlak olub, daha beş nəfər itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi bildirib.

Qeyd edilir ki, Bayin şəhəri yaxınlığında yarış şənbə günü səhər başlayıb. Yarış zamanı bölgədə əlverişsiz hava şəraiti mövcud olub. Lakin agentlik söhbətin hansı hava şəraitindən getdiyini açıqlamayıb. Yerli vaxtla saat 3:00-da (Bakı vaxtı ilə saat 23:00) xilasetmə qrupları 16 nəfərin öldüyünü təsdiqləyib. Məlumata görə, itkin düşmüş 5 nəfərin axtarışı əməliyyatı hələ də davam edir.

Çinin “People's Daily” nəşrinin məlumatına görə, söhbət güclü yağışlardan gedir. Yağışlar nəticəsində 15 idmançı həlak olub, daha 6 nəfər itkin düşüb. Digər 151 nəfər təxliyə edilib.

Ultramarafon dayandırılıb.

Son xəbərlər

Orphus sistemi