​Çində sosial şəbəkələr vasitəsi ilə dələduzluq edən 140 nəfər saxlanılıb

​Çində sosial şəbəkələr vasitəsi ilə dələduzluq edən 140 nəfər saxlanılıb Polis şübhəlilərin saxlanılması üçün dörd əməliyyat keçirib
Digər ölkələr
14 May , 2016 06:52
​Çində sosial şəbəkələr vasitəsi ilə dələduzluq edən 140 nəfər saxlanılıb

Bakı. 14 may. REPORT.AZ/ Çinin cənubunda yerləşən Şençjen şəhərinin polisi sosial şəbəkələr vasitəsi ilə dələduzluq etməkdə şübhəli bilinən 140 nəfəri saxlayıb.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Sinxua" məlumat yayıb.

Polis şübhəli şəxslərin saxlanması üçün aprelin 5-dən mayın 12-dək dörd əməliyyat aparıb. Onlar məşhur "WeChat" və "QQ" messencerlərinin köməkliyi ilə piramidalar təşkil etməkdə şübhəli bilinirlər.

Canilərin əldə etməyi bacardığı məbləğ açıqlanmır. Lakin məlumdur ki, zərərçəkənlərdən birinin 1,2 min ABŞ dolları oğurlanıb. Hazırda saxlanılan şəxslərə qarşı istintaq hərəkətləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi