Çində “Sinovac Biotech” əczaçılıq şirkətinin hazırladığı koronavirusa qarşı dərmanı kütləvi peyvəndləmə üçün istifadə olunacaq.
“Report” xəbər verir ki, Milli Tibbi Məhsullar Administrasiyasının (NMPA) saytında yerləşdirilən açıqlamaya görə xarici ölkələrdə “Sinovac Biotech” adı ilə tanınan “Beijing Kexing Zhongwei Biotechnology Co., Ltd.” şirkətinin yeni koronavirusun qarşısını almağa yararlı olan peyvənd dərmanı dünəndən şərti olaraq tətbiqi üçün qeydiyyatı təsdiq edilib.
Qeyd edək ki, indiyədək sözügedən dərman əsasən həkimlər, xadimə və süpürgəçilər, polis və gömrük əməkdaşları kimi təhlükəyə məruz qalan qrupların, habelə vəzifəli şəxslərin peyvəndində istifadə olunurdu.
Rəsmi məlumata görə Çində indiyədək 31,23 milyon sakin koronavirusa qarşı peyvənd olunub.