Yuxarı
    Bağlamaq

    Çində sərnişin dolu avtobusu yandıran cinayətkar edam edilib

    İttihama görə, Ma Yunpin bu cinayəti şəxsi münaqişə zəminində kin və nifrət hissi ilə törədib

    Bakı. 29 sentyabr. REPORT.AZ/ Çində sərnişinlə dolu avtobusu yandıran Ma Yunpin edam edilib.

    "Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, sentyabrın 29-da ölkənin Ali Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib və barəsində çıxarılan ölüm hökmünü qüvvədə saxlayıb.

    İttihama görə, Ma Yunpin bu cinayəti şəxsi münaqişə zəminində kin və nifrət hissi ilə törədib.

    Qeyd edək ki, bu il yanvarın 5-də o, Çinin Ninci-Xuey muxtar bölgəsində sərnişinlə dolu avtobusu yandırıb. Hadisə nəticəsində 18 nəfər ölüb, 32 nəfər isə yaralanıb.   

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi