Çində qayığın çevrilməsi nəticəsində 13 nəfər ölüb

Çində qayığın çevrilməsi nəticəsində 13 nəfər ölüb Çinin Quyçjou əyalətindən keçən Beypantszyan çayında qayığın çevrilməsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
Digər ölkələr
27 May , 2019 07:24
Çində qayığın çevrilməsi nəticəsində 13 nəfər ölüb

Çinin Quyçjou əyalətindən keçən Beypantszyan çayında qayığın çevrilməsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "Sinxua" məlumat yayıb.

Çinin Mərkəzi televiziyası mayın 24-də qayığın çevrilməsi nəticəsində 10 nəfərin öldüyü, daha 13-nün isə itkin düşdüyü barədə xəbər yayıb.

"Sinxua"nın yazdığına görə, ötən bazar aparılmış əməliyyat-axtarış əməliyyatları nəticəsində bütün ölənlərin meyitlərini tapmaq və onların şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.

Hadisə mayın 23-də Çjenfen qəzasında baş verib. Qayığın göyərtəsində 29 nəfər olub.

Son xəbərlər

Orphus sistemi