Çində peyvənd olunmuş ən yaşlı şəxs 106 yaşındadır

Çində peyvənd olunmuş ən yaşlı şəxs 106 yaşındadır 106 yaşlı çinli koronavirus əleyhinə peyvənd olunmaqla ölkədə peyvənd olunmuş ən yaxşı şəxs olub.
Digər ölkələr
30 Noyabr , 2021 16:51
Çində peyvənd olunmuş ən yaşlı şəxs 106 yaşındadır

106 yaşlı çinli koronavirus əleyhinə peyvənd olunmaqla ölkədə peyvənd olunmuş ən yaşlı şəxs olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə məsələləri üzrə dövlət komitəsinin nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, Çində aparılan peyvəndləmə kampaniyası çəçivəsində 60 yaşdan yuxarı şəxslərə 500 milyondan çox peyvənd vurulub.

Qeyd edək ki, 1,41 milyard nəfər əhaliyə malik Çində 1,1 milyard nəfər tam peyvənd olunub. Çində daha çox “Sinopharm” və “Sinovac” şirkətlərinin istehsalı olan peyvəndlərdən istifadə edilir.

Son xəbərlər

Orphus sistemi