Çində partlayış olub, ölənlər və yaralananlar var

Çində partlayış olub, ölənlər və yaralananlar var Bakı. 13 iyul. REPORT.AZ/ Çinin cənub-qərbindəki Sıçuan vilayətinin sənaye parkında partlayış olub.
Digər ölkələr
13 İyul , 2018 03:51
Çində partlayış olub, ölənlər və yaralananlar var

Bakı. 13 iyul. REPORT.AZ/ Çinin cənub-qərbindəki Sıçuan vilayətinin sənaye parkında partlayış olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, hadisə cümə axşamı, yerli vaxtla saat 18:30-da İbin şəhər dairəsində, Çzyanan kəndində baş verib. Hadisə zamanı 19 nəfər həlak olub, daha 12 nəfər yaralanıb.

Əraziyə yerli hakimiyyət orqanlarının nümayəndələri gəlib. Hadisənin təfərrüatı araşdırılır.  

Son xəbərlər

Orphus sistemi