Çinin şimalındakı Lyaonin əyalətində silahlı hücum zamanı 7 nəfər öldürülüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.
Qeyd edilir ki, hadisə Kayuan şəhərində, yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 4:00) qeydə alınıb.
Bıçaqla silahlanmış naməlum kişinin hücumu nəticəsində daha 7 nəfər yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsi yaxalayıblar və onun kimliyini müəyyənləşdiriblər.
Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbi müəyyənləşdirilir, təhqiqat aparılır.