Çində naməlum şəxs insanlara hücum edib: ölənlər və yaralananlar var

Çində naməlum şəxs insanlara hücum edib: ölənlər və yaralananlar var O, yerli polis əməkdaşları tərəfindən saxlanılıb
Digər ölkələr
28 May , 2017 17:19
Çində naməlum şəxs insanlara hücum edib: ölənlər və yaralananlar var
Foto: Live-news-today.com

Bakı. 28 may. REPORT.AZ/ Çində adı hələlik açıqlanmayan şəxs qətliam törədib.

"Report"un məlumatına görə, bu barədə "Beijing news" qəzeti xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə bazar günü Quyçjou vilayətinin Çjennin şəhər dairəsində qeydə alınıb. Belə ki, naməlum şəxs bıçaqla insanlara hücum edərək 6 nəfəri öldürüb. Daha 12 nəfəri isə yaralayıb.

O, yerli polis əməkdaşları tərəfindən saxlanılıb. Hücumun təfərrüatları hələlik məlum deyil. Lakin bildirilir ki, qatilin psixi problemləri olub.

Son xəbərlər

Orphus sistemi