​Çində "Mirinae" qasırğası baş qaldırıb

​Çində "Mirinae" qasırğası baş qaldırıb 25 mindən çox balıqçı gəmisi dənizdən limana qayıdıb
Digər ölkələr
27 İyul , 2016 07:14
​Çində Mirinae qasırğası baş qaldırıb

Bakı. 27 iyul. REPORT.AZ/ Çində çərşənbə axşamı gecə "Mirinae" qasırğası bu il artıq üçüncü dəfə Cənubi Çinin ada əyaləti Xaynana çatıb və yerli icra orqanlarını qasırğa xəbərdarlığı elan etmək məcburiyyəti qarşısında qoyub.

"Report" "Sinxua"ya istinadən xəbər verir ki, qasırğa ötən gün Dunqao qəzasına çatıb, küləyin maksimal sürəti saatda 100 km-dir.

Məlumata görə, qasırğa öncəsi 25 min balıqçı gəmisi dənizdən limana geri qayıdıb. Həmçinin Xaynan və Quandun əyalətləri arasında bütün sərnişin gəmilərinin hərəkəti dayandırılıb.

Qasırğanın özü ilə güclü külək və leysan yağışlar gətirəcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi