Çində mikroavtobusun çaya düşməsi nəticəsində 8 nəfər ölüb

Çində mikroavtobusun çaya düşməsi nəticəsində 8 nəfər ölüb Hadisə ölkənin şimal-şərqindəki Quyçjou vilayətində baş verib
Digər ölkələr
2 Aprel , 2017 21:00
Çində mikroavtobusun çaya düşməsi nəticəsində 8 nəfər ölüb

Bakı. 2 aprel. REPORT.AZ/ Çində mikroavtobusun çaya düşməsi nəticəsində 8 nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə ölkənin şimal-şərqindəki Quyçjou vilayətində baş verib. Yan Vez adlı sürücü ailə üzvlərini və digər yaxıınlarını qonşu rayondan gətirərkən onun idarə etdiyi avtobus çayın üstündəki körpüyə çırpılıb və çaya düşüb. Hadisə yerində 8 nəfərin cəsədi tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi