Yuxarı

Çində məmurların olduğu avtobus çevrilib

Yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər ölüb, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb

Bakı. 10 fevral. REPORT.AZ/ Çinin şərqində yerləşən Şandun əyalətində çinli məmurların olduğu avtobus çevrilib. "Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər ölüb, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılardan 4 nəfər ağır vəziyyətdədir. 

Qeyd olunur ki, ölənlər Linyi şəhərinin administrasiyasında çalışan məmurlardır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi