Çində məktəbdə yanğın olub, 18 nəfər ölüb

Çində məktəbdə yanğın olub, 18 nəfər ölüb Çinin Hunan əyalətinin Şançiu şəhərinin Çinq qəsəbəsində məktəblərdən birində baş verən yanğın nəticəsində 18 nəfər ölüb.
Digər ölkələr
25 İyun , 2021 12:15
Çində məktəbdə yanğın olub, 18 nəfər ölüb

Çinin Hunan əyalətinin Şançiu şəhərinin Çinq qəsəbəsində məktəblərdən birində baş verən yanğın nəticəsində 18 nəfər ölüb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət nümayəndədləri bildiriblər.

Məlumata görə, iyunun 25-də səhər saatlarında döyüş sənəti məktəbində yanğın olub.

Aralarında şagirdlər də olmaqla 18 nəfər ölüb. Yanğının səbəbi hələ ki məlum deyil. Hadisə zamanı məktəbdə 7-16 yaş arasında 34 şagird olub.

Yanğınla bağlı araşdırma aparılır.

Məktəbin müdiri tutulub.

Son xəbərlər

Orphus sistemi