Çində mədəndə partlayış nəticəsində onlarla insan həlak olub
Digər ölkələr
- 05 dekabr, 2020
- 16:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Çinin cənub-qərbindəki Çunsin şəhərində mədəndə qaz partlayışı nəticəsində 23 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Televiziyası bildirib.
Məlumata görə, mədəndə partlayış dekabrın 4-də zəhərli yanar qaz karbon oksiddən baş verib. Partlayış vaxtı yerin altında 24 nəfər olub. Xilasedicilər indiyə qədər 23 nəfərin meyitini aşkarlaya biliblər. Mədəndən yalnız bir fəhlə xilas ola bilib.
Daha əvvəl bildirilirdi ki, Çunçin şəhərindəki mədənlərin birində işçilər dəm qazından zəhərlənib. Nəticədə kömür hasilatı ilə məşğul olan mədənin 18 işçisi ölüb, bir nəfər isə xilas edilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Son xəbərlər
19:41
Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb
Futbol19:29
Azərbaycan və Latviya yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər
Xarici siyasət19:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb
Digər ölkələr19:04
D-8 ticarət sazişinin ratifikasiyası imzalandıqdan 20 il sonra başa çatıb
Digər ölkələr19:02
Dünyəvi təhsil və vahid məktəbli forması: qərarın əhəmiyyəti və tətbiqin əsas şərtləri - TƏHLİL
Elm və təhsil18:56
Foto
Bakıda Avropa Gənc Vəkillər Assosiasiyasının payız konfransı keçirilib - YENİLƏNİB
Xarici siyasət18:54
Gələn həftə Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti müvəqqəti tənzimlənəcək
İnfrastruktur18:45
Brüsseldə 21 etirazçı həbs edilib
Digər ölkələr18:37
Foto