Çində koronavirusdan ölüm səviyyəsi 2,5 faizdir

Çində koronavirusdan ölüm səviyyəsi 2,5 faizdir Çində koronavirusun (2019-nCoV) törətdiyi yeni tip pnevmoniyadan ölüm səviyyəsi hazırda 2,5 faizdir.
Digər ölkələr
1 Fevral , 2020 10:31
Çində koronavirusdan ölüm səviyyəsi 2,5 faizdir

Çində koronavirusun (2019-nCoV) törətdiyi yeni tip pnevmoniyadan ölüm səviyyəsi hazırda 2,5 faizdir.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə Komissiyasının koronavirusla bağlı xüsusi bölməsinin rəhbəri Jonq Nanşan bildirib.

“Hazırda sağalanlarda hər hansı əyani fəsadlar aşkarlanmayıb. Görünür, bir müddət sonra sağalanların sayı xeyli artacaq. Hazırda təsdiqlənmiş diaqnozla gələn xəstələr arasında ölüm səviyyəsi 2,5 faizdir”, - J.Nanşan bildirib.

Qeyd edək ki, bu gün səhərə olan məlumata görə, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 11 952, ölənlərin sayı isə 259-dur (ölüm səviyyəsi 2 faiz).

Eyni zamanda Çində xəstəxanaya yerləşdirilənlər arasında ölüm səviyyəsi 15% təşkil edir.

Son xəbərlər

Orphus sistemi