Çində koronavirusa yoluxanların sayı artdı

Çində koronavirusa yoluxanların sayı artdı Son gün ərzində Çində 22 nəfər koronavirusun qurbanı olub, virusa daha 24 nəfər yoluxub.
Digər ölkələr
11 Mart , 2020 05:06
Çində koronavirusa yoluxanların sayı artdı
0 : 00
0 : 00

Son gün ərzində Çində 22 nəfər koronavirusun qurbanı olub, virusa daha 24 nəfər yoluxub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Komitənin məlumatına görə, son gün ərzində ölkədə 1 578 xəstə sağalıb. 

Ölkədə virusa yoluxanların sayı 80,7 min nəfərə çatıb. Qeyd edilir ki, onlardan 61,4 min nəfəri sağalıb, 3 158 nəfər ölüb. 

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi