Çində koronavirusa yoluxan əcnəbilərin sayı artır

Çində koronavirusa yoluxan əcnəbilərin sayı artır Çində əcnəbilər arasında koronavirusa yoluxma hallarının sayı 29 nəfərə çatıb.
Digər ölkələr
20 Fevral , 2020 15:00
Çində koronavirusa yoluxan əcnəbilərin sayı artır

Çində əcnəbilər arasında koronavirusa yoluxma hallarının sayı 29 nəfərə çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Şurası baş katibinin müavini Dinq Sianqyanq mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, həmin şəxslərdən 18 nəfəri sağalaraq xəstəxanalardan evə buraxılıb, iki nəfər dünyasını dəyişib, daha 9-nun da müalicəsi davam etdirilir.

Bununla yanaşı, ölkənin rəsmi qurumları tərəfindən koronavirusa yoluxanların vətəndaşlığı barədə açıqlama verilmədiyi də qeyd olunub.

Son xəbərlər

Orphus sistemi