Çində koronavirusa yoluxan əcnəbilərin sayı artır

Çində koronavirusa yoluxan əcnəbilərin sayı artır Çində yeni növ koronavirusa yoluxmuş əcnəbilərin sayı 27 nəfərə çatıb, 2 nəfər ölüb, 3 nəfər sağalıb.
Digər ölkələr
10 Fevral , 2020 12:40
Çində koronavirusa yoluxan əcnəbilərin sayı artır

Çində yeni növ koronavirusa yoluxmuş əcnəbilərin sayı 27 nəfərə çatıb, 2 nəfər ölüb, 3 nəfər sağalıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gen Şuan bildirib.

“Hazırda ölüm faktları ilə bağlı müvafiq dövlətlərə məlumat vermişik. Ölənlərdən biri etnik çinlidir, amma ABŞ vətəndaşıdır”, - o deyib.

Qeyd edək ki, keçən həftə Çin XİN-i 19 əcnəbinin yoluxduğunu bildirmiş, ölüm halları barədə məlumat verməmişdi. Son məlumatlara görə, 22 əcnəbi müalicə alır.

Son xəbərlər

Orphus sistemi