Yuxarı

Çində kimya zavodunda partlayış baş verib: 4 ölü, 4 yaralı

Yaralılar xəstəxanalara yerləşdirilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Çinin Şandun vilayətinin Yantay şəhərində yerləşən kimya zavodunda partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Yerli dövlət orqanlarının agentliyə verdiyi məlumata görə, "Wanhua" şirkətinin zavodundakı qurğulardan birinə texniki baxış zamanı qəbuledici partlayıb. Nəticədə 4 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanalara yerləşdirilib.

Polis hadisənin başvermə səbəblərini araşdırır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi