Çində kimya anbarında partlayışa görə 49 nəfər azadlıqdan məhrum edilib

Çində kimya anbarında partlayışa görə 49 nəfər azadlıqdan məhrum edilib Onlar partlayışa səbəb olmuş cinayətlərdə müqəssir sayılırlar
Digər ölkələr
9 Noyabr , 2016 23:48
Çində kimya anbarında partlayışa görə 49 nəfər azadlıqdan məhrum edilib

Bakı. 9 noyabr. REPORT.AZ/ Çinin şimal Tyanszin Şəhər Məhkəməsi şəhər portundakı kimyəvi maddələr anbarında baş vermiş partlayışa görə 49 nəfərin azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər verib.

İttiham edilənlərin 24-ü şirkətin rəhbərliyində təmsil olunan şəxslər və əməkdaşlarıdır. Məhkum olunanlar arasında habelə şəhər administrasiyasının 25 işçisi də var.

Onlar anbarda partlayışın baş verməsinə səbəb olmuş müxtəlif cinayətlərin törədilməsində müqəssir sayılırlar.

Qeyd edək ki, 2015-ci ilin 12 avqustunda Binhay Tyanszin rayonunda "Juyxay" şirkətinin anbarında baş vermiş partlayışlar zamanı 165 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi