Çində işçi həmkarını hidravlik preslə sıxaraq öldürüb - VİDEO

Çində işçi həmkarını hidravlik preslə sıxaraq öldürüb - VİDEO Kişi vaxtında xilas olmağa macal tapmayıb
Digər ölkələr
12 Noyabr , 2017 07:11
Çində işçi həmkarını hidravlik preslə sıxaraq öldürüb - VİDEO

Bakı. 12 noyabr. REPORT.AZ/ Çində işçi həmkarını hidravlik preslə sıxaraq öldürüb.

“Report” xəbər verir ki, baş verən hadisə müşahidə kamerasına düşüb.

Kadrlardan görünür ki, hər iki işçi əvvəlcə hansısa materialı qurğuya yerləşdirir. Daha sonra onlardan biri idarəetmə pultuna doğru gedir. Həmin zaman digər işçi qurğuda nəyisə səhmana salmaqda davam edir. O, presin üzərinə düşdüyünü dərhal görmədiyindən vaxtında kənara çəkilməyə macal tapmır.

Pultu işə salan əməkdaş səhvini gördükdə gec olub. Onun həmkarında artıq həyat əlamətləri olmayıb.

İstintaq hazırda hadisənin qəsdən və ya təsadüfən baş verməsinə dair şübhələri araşdırır.

Son xəbərlər

Orphus sistemi