Çində internet vasitəsilə saxta mal satmaqda şübhəli bilinən 15 nəfər tutulub

Çində internet vasitəsilə saxta mal satmaqda şübhəli bilinən 15 nəfər tutulub Bakı. 5 sentyabr. REPORT.AZ/ Çində polis bahalı məşhur malların saxta variantını internet yolu ilə xarici ölkə vətəndaşlarına satmaqda şübhəli bilinən 15 nəfəri tutub.
Digər ölkələr
5 Sentyabr , 2018 09:29
Çində internet vasitəsilə saxta mal satmaqda şübhəli bilinən 15 nəfər tutulub

Bakı. 5 sentyabr. REPORT.AZ/ Çində polis bahalı məşhur malların saxta variantını internet yolu ilə xarici ölkə vətəndaşlarına satmaqda şübhəli bilinən 15 nəfəri tutub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatı “Şanxay Jibao” yayıb.

Bildirilib ki, onlar dünyanın 47 ölkəsinin 800 şəhərindən olan alıcıya 150 milyon dollar məbləğində saxta mal satıblar.

Onların satdığı mallar arasında bahalı ayaqqabılar, çantalar, geyimlər də var. Şübhəlilər ingilis və ispan dillərində olan 35 xarici saytlarında həmin mallar barədə məlumatlar yerləşdiriblər.

Onlar bu ilin mayında polis tərəfindən Çinin Futszyan, Xubey və Quandun əyalətələrinin müxtəlif rayonlarında, eləcə də Şanxayda tutulublar.

Son xəbərlər

Orphus sistemi