Çində quş qripi epidemiyası baş qaldırdı

Çində quş qripi epidemiyası baş qaldırdı Çinin cənub-qərbində yerləşən Sıçuan vilayətində H5N6 quş qripi epidemiyası baş qaldırıb.
Digər ölkələr
10 Fevral , 2020 18:01
Çində quş qripi epidemiyası baş qaldırdı

Çinin cənub-qərbində yerləşən Sıçuan vilayətində H5N6 quş qripi epidemiyası baş qaldırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.

Bildirilib ki, Siçun mahalında fermadakı 2,5 min quşdan 1,8 mini xəstəlikdən ölüb, sağ qalanlar isə məhv edilib. Yerli sanitariya qurumları ferma və ətraf ərazilərin “təmizlənməsi”ni həyata keçirib. Daha əvvəl Hunanda və Sintsyan Uyğur Muxtar Vilayətində də quş qripinin yayılması baş vermişdi. İlin əvvəlində Sintszyan Uyğur Muxtar Vilayətinin İnin mahalında vəhşi qu quşları virusun qurbanı olmuşdu. 150 quşdan 15-i ölmüşdü.

Ümumiyyətlə, Çində insanların quş qripinin müxtəlif alt növlərinə yoluxma halları qeydə alınır. O cümlədən Çin 2013-cü ildən bəri insanlarda mövsümi olaraq H7N9 infeksiyasının yayıldığını bildirir. Mütəxəssisləri bu növ quş qripinin əsas təhlükəsinin yüksək ölüm səviyyəsində (38,5%) olduğuna dair xəbərdarlıq edir.

Son xəbərlər

Orphus sistemi