Çinin Szyansu əyalətinin Suçjou şəhərində hotel binasının çökməsi nəticəsində 8 nəfər ölüb, 9 nəfər itkin düşüb.
“Report” “TRTHaber” istinadən xəbər verir ki, bu barədə Çinin Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, 14 nəfər binanın dağıntıları altından salamat xilas edilib.
Məlumata görə, 54 otaqlı hotel binası 2018-ci ildə istismara verilib.
Çinlə bağlı başqa bir məlumatda bildirilib ki, ölkənin şimalında yerləşən Şansi əyalətində leysan yağışlar nəticəsində azı 5 nəfər ölüb, daha 10 nəfər isə itkin düşüb.