​Çində gəmi qəzasında ölənlərin sayı 82 nəfərə çatıb

​Çində gəmi qəzasında ölənlərin sayı 82 nəfərə çatıb 360 nəfər itkin düşmüş hesab olunur
Digər ölkələr
5 İyun , 2015 07:32
​Çində gəmi qəzasında ölənlərin sayı 82 nəfərə çatıb

Bakı. 05 İyun. REPORT.AZ/ Yantsızı çayının Çinin Szyanli qəzasından keçən hissəsində qəzaya uğrayan "Dunfançjisin" ("Şərq ulduzu") teploxodunun sərnişin və heyət üzvlərindən daha yeddi nəfərin meyiti xilasedicilər tərəfindən sudan çıxarılıb.

"Report" xəbər verir ki, üç sutka ərzində aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində 14 nəfər xilas edilib, itkin düşən 360 nəfər arasında sağ qalanların tapılması ehtimalı çox azdır.

Hazırda xilasedicilər itkin düşənlərin axtarışını sürətləndirmək üçün gəmini sudan çıxartmağa çalışırlar. Bu gün səhər saatlarınadək gəminin korpusunu 90 dərəcə çevirmək mümkün olub, teploxodun göyərtəsi görünməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi